“Report” - 6 yaş: əsrə bərabər ayın hesabatı

Bu gün “Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 6 il ötür.
Hər ilin bu günü “Report”un il ərzində əldə etdiyi nailiyyətləri, həyata keçirdiyi layihələri hesabat formasında oxucularımıza çatdırırıq. Bu il də bu ənənəni davam etdiririk, lakin 1 il yox, son 1 ayın hesabatını təqdim etməklə.
Çünki məhz bu gün rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad olunması istiqamətində apardığı əks-hücum əməliyyatının 1 ayı tamam olur. Haqq yolunda irəliləyən Azərbaycan Ordusunun hər yeni uğurunu böyük qürur hissi ilə təqdim etmək üçün “Report” komandası gecəli-gündüzlü fasiləsiz fəaliyyət göstərir.
Oxucuların video formatda xəbərlərə marağını nəzərə alaraq münaqişənin aktiv faza başladığı andan “Report” gündəlik bir neçə xəbər buraxılışı təqdim edir. Xarici auditoriyanın dolğun informasiya ilə təmin etmək üçün isə hər gün video xəbərlər rus dilində də təqdim olunur.Cəbhənin müxtəlif istiqamətlərinə ezam olunmuş Agentliyin müxbir, operator heyəti işğaldan azad olunmuş kəndlərimizdən reportajlar hazırlayır, Ordumuzun düşməndən qənimət kimi götürdüyü hərbi texnikanın görüntülərini lentə alır.Döyüş meydanında məğlub olan ermənilər namərdcəsinə Azərbaycanın dinc yaşayış yerlərini hədəfə alır. Tərtər şəhəri ötən ay ərzində faşistlərin dağıtdığı Stalinqrad kimi artilleriya yağışına tutulub. Lakin bu nə Tərtər əhalisini, nə mərmi partlayışları altında işləyən “Report”un çəkiliş heyətini qorxutmadı.
Erməni qəsbkarlarının Gəncə şəhərinə qarşı həyata keçirdiyi terror, dinc əhali yatan zaman xaincəsinə atdığı raketlər onlarla insan həyatına son qoydu. Bu zərbələr də Azərbaycan xalqının qələbə əzmini sındıra bilmədi. Bunu isə bütün dünyaya əyani şəkildə raket zərbəsindən sonra hadisə yerinə özünü çatdıran “Report”un çəkiliş qrupunun lentə aldığı balaca Bəxtiyarın təbəssümü göstərdi.
Ermənistan terrorçularının beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri, döyüş bölgələrindən kənarda yerləşən şəhərləri ağır silahlardan atəşə tutması ilə bağlı çoxsaylı xəbərlər və reportajlar da beynəlxalq mətbuatda “Report.az”a istinadla dərc olunur.
Həmçinin bir sıra disput portallarında aparılan müzakirələrdə də etibarlı mənbə kimi “Report”un dərc etdiyi yazılar şərh edilir.
Xarici ölkələrdə Qarabağ müharibəsi ətrafında müzakirələrin təşkil edilməsi də vacib məqamlardan biridir. Bu istiqamətdə “Report” İnformasiya Agentliyi Kiyevdə “Ukrayna xəbərləri” İnformasiya Agentliyinin mətbuat mərkəzində “Qarabağda müharibə: Ukraynadan baxış” mövzusunda dəyirmi masa təşkil edib. Tədbir zamanı ukraynalı politoloqlar, ekspertlər, tarixçilər, mədəniyyət xadimləri Qarabağdakı vəziyyəti və hadisələrin beynəlxalq proseslərə təsirini müzakirə ediblər. Çıxışçılar Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququna sahib olduğunu və beynəlxalq hüquq normaları çərçivəsində hərəkət etdiyini söyləyiblər.
Ümumilikdə bu dəyirmi masa zamanı olan müzakirələr barədə xəbərləri 50-dən çox Ukrayna və Türkiyə xəbər saytı dərc edib."Report" İnformasiya Agentliyinin Analitik şöbəsi də ötən ay ərzində müharibənin siyasi, iqtisadi və digər tərəflərini əhatə edən 100-dək material hazırlayıb. Digər vacib məsələ isə hazırlanan analitik yazıların xarici medialarda dərc olunmasıdır.



Xəbərlər  Tarix:   27 Okt 2020 / 10:55


« Əvvəlki xəbər (3253 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR