Bir ayın uğuru

Vətən müharibəmizin başlanmasından bir ay keçir. Bu günlər ərzində ön cəbhədə ərənlər tarix yazdı. Xalqımızın şərəf tarixini .. Üstümüzdən məğlub xalq sindromunu götürdü. Bizə sevinc yaşatdı.. Heç nə ilə əvəz olunmayacaq bir sevinc ..
Hərə öz prizmasından münasibət bildirdi, hərə öz xarakterinə görə danışdı.. Amma , Zəfər elə gözəl duyğu oldu ki, hamı yalnız onu dedi..Sevincdən necə gözəl sözlər yarandı..
Leksikalogiyamızda hüzür, anım sözləri arxaikləşdi.
Biz XALQ olduq. Ali Baş Komandanının ətrafında sıx birləşmiş bir XALQ
Bir ay ərzində rəsmən qeyd olunmuş
4 şəhər, 3 qəsəbə, xeyli strateji yüksəkliklər, 162 kənd azad edildi.
Öz torpaqlarımızı təmizlədik və təmizləyirik..Saylı günlər bizi Müqəddəs Qələbəmizə yaxınlaşdırır. Bu QƏLƏBƏni canıyla və qanıyla yazanlar bircə - bircə qarşınızda baş əyirəm. Allah Əzəmətli Ordumuza qüvvət versin Qələbəyə doğru öz qanı canı bahasına imza atan Şəhidlərimizə isə rəhmət eləsin. Onlar bizim Qəhrəmanlarımızdır öz qanları ilə Tarix yazan Ölməz Qəhrəmanlarımız.... İnşəAllah bu Qələbə tarixini yaxın müddətdə Azərbaycan ordusu, Tarix yazacaq bizdə öz növbəmizdə Ugurmedia.az olaraq, Qələbə xəbərini bütün dünyaya car çəkəcəyik. Yaşa Azərbaycan, Yaşa Azərbaycan Əsgəri.
Qarabağ bizimdir, bizim olacaq!!!
İctimai Əlaqələr Şöbəsinin Müdiri: Mətanət Akifqızı



Öz xəbərlərimiz  Tarix:   27 Okt 2020 / 12:33


« Əvvəlki xəbər (3246 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR