Bu gün ermənistanın Bərdəyə atdığı raket nəticəsində 20 nəfər həlak olub

Bu vəhşiliyə dünya birliyi hələdə susur.
Millət necə tarix olur olsun nə işim var
Düşmənlərə möhtac olur olsun nə işim var
Qoy mən tox olum özgələr ilə nədir karim
Cümlə Cahan batsada batsın nə işim var
Məqaləmi dahi satirik şairimiz M.Ə.Sabirin sözləri ilə boş yerə başlamıram. Çünki bütün dünya, avropa və bəzi qurumlar ermənilərin törətdikləri bu vəhşiliklərə, bu terrora hələdə susurlar. Bütün dünya və Avropa liderləri, ATƏT- in Minsk qrupu və onun həmsədrləri çıxışları zamanı Ermənistanın törətdiyi bu terrorlara və qətliamları görə sadəcə onları qınadığlarını deyirlər. Onları qınamaq yox onları cəzalandırmaq lazımdır. Amma Avropa, ATƏT, BMT susur və susacaqda... Niyə? Niyəsi isə çox asanddır. Fransa prezidenti Emanuel Makaron hər dəfə öz çıxışlarında deyirdi ki, mən Ermənistana dəstəyəm. Mən Makronu bu sözlərinə görə qınamıram. O erməniləri dəstəkləməlidir çünki Fransada yaşayan ermənilər ona dəstək olurlar. Gəncədə və Bərdədə baş verən terror zamanı ölənlər yalnız dinc əhali oldu. Ölənlər yalnız balaca uşaqlar oldu. Hətta bundan sonrada susurlar və susacaqlar.
Səs salma, yatanlar qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın
Bəli Sabirin sözləri ilə mən tamamilə razıyam. Səs salmayın qoy Avropa , Dünya, BMT necə yatırsa qoy yatsın. Aman Allah oyanarlar sonra qərar və qətnamələr çıxararlar. Gəncəyə susduz, Tərtərə, Naftalana, Bərdəyə susduz. Elə susun.... Danışıb nə deyəcəksiz ki, deyəcəksiz ki biz erməniləri qınayırıq. Onları qınamayın özünüzü qınayın. Niyə?. Çünki o erməniyə silahı verən və o silahı dinc əhaliyə tuşlayan təkcə ermənilər yox, o körpə uşaqları, məktəbliləri, öldürənlərdə elə sizlərsiz. İlk öncə özünüzü qınayın. Özünüzü günahlandırın çünki Bərdədə, Gəncədə həlak olanların günahkarı təkcə ermənilər yox onlar qədər sizlərdə günahkarsız. Bax buna görədə susursuz. Elə hər dəfə humanitar atəşkəs elan edirsiz. Ona görə ki, döyüş meydanında uduzan Ermənistan ordusu dinc əhalini atəşə tutsun. Susmayıb nə deyəcəksiz ki, bağışlayın ermənilərə silahı biz veririk ki, Azərbaycan xalqını qırsın.
Bu gün Bərdədə həlak olan 20 nəfərin intiqamınıda Qiyaslını, Birinci, İkinci, Üçüncü Ağalını, Xanağabulağı, Zərnəlini, Çüllü, Qaraağac, Mandıllını işğaldan azad etməklə və döyüş meydanında sizin kökünün kəsməklə veririk. Paşinyan unutmasın ki, onun bizim xalqa yaşatdığının ən faciəlisini erməni xalqı özü onun və onun əlaltılarının başına gətirəcəklər. Allah yox, qoy Rəşadətli Azərbaycan ordusu sizin bəlanızı versin. Cənab Ali Baş Komandan deyib ki onların başından yumruğu elə vuraraq ki onlara dərs olsun. Vur, vur, vur cənab komandir əllərin dərd görməsin elə vur ki bir daha ayağa qalxaraq bilməsinlər. Onları bağışlamaq olarmı?. Bu xalq onları heç bir zaman bağışlamayacaq. Günahsız yerə öldürülən o uşaqların ahı onları heç vaxt bağışlamayacaq. Biz düşmənə layiqli cavabı cəbhədə, döyüş meydanında veririk. Biz dinc əhalini öldürmürük. Çünki biz erməni deyilik. Qarabağ bizimdir bizim olacaq ay Paşinyan. Qarabağ Azərbaycandır! . Bax gün gələcək bu sözü sən özündə düyəcəksən necəki indi əsirlikdə olan əsgərlərin deyir Karabagh is Azerbaijan!, Карабах ето Азербайджан!, Qarabağ Azərbaycandır!. Bunu da o boş başına vur. Qarabağ Azərbaycandır! .

Ənvər Məmmədov.



Öz xəbərlərimiz  Tarix:   29 Okt 2020 / 15:52


« Əvvəlki xəbər (3218 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR