Azərbaycanda 3 yatağın mineral resurs və ehtiyatları yenidən qiymətləndirilib

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti istismar etdiyi “Gədəbəy”, “Qadir” və “Uğur” yataqlarının mineral resurs və ehtiyatlarını yenidən qiymətləndirərək həcmlərini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.
Qeyd olunur ki, mineral resurslar və filiz ehtiyatlarının qiymətləndirilməsi müstəqil “Mining Plus UK Limited” şirkəti tərəfindən aparılıb. Qiymətləndirmə hazırlanarkən hər bir yatağın işlənməsi, son geoloji və kəşfiyyat-qazma işləri zamanı toplanan məlumatlara əsaslanan etibarlı geoloji modellərə əsaslanılıb.
Belə ki, “Gədəbəy” yatağı üzrə yenilənmiş ümumi mineral resursların həcmləri 735 min unsiya qızıl və 69 100 ton misdən ibarətdir. Bu yatağın ehtiyatları isə 284 min unsiya qızıl və 26 min tonn mis təşkil edir. Hazırda sinkin mineral resursları qiymətləndirilir ki, bu da dərinliklərdə olan daha yüksək tərkibli sinkin texniki nəticələrini müəyyən etməyə imkan yaradır.
Qeyd edək ki, “Gədəbəy” yatağının istismar müddəti 8 ildir.
“Qədir” yeraltı mədəni üçün yenidən təsdiq mineral ehtiyatların həcmi isə 267 min unsiya qızıl və 2 183 ton misdən ibarətdir. Adıçəkilən bu yatağın ehtiyatları isə 49 min unsiya qızıl və 191 min ton mis təşkil edir.
Məlumatda bildirilir ki, “Uğur” mədəninin yatağında isə kəşfiyyat işləri davam edir: “Uğur” yatağının qalıq mineral tədqiqatı göstərir ki, gözlənildiyi kimi, mədən tükənmək üzrədir. Lakin mədənin yaxınlığında və altından kəşfiyyat işləri davam etdirilir. Yataqda misin minerallaşması müəyyən edilib".
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.



Xəbərlər  Tarix:   2 Noy 2020 / 14:44


« Əvvəlki xəbər (3197 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR