Ombudsman Aparatından Xədicə ilə bağlı açıqlama

“Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumları nəticəsində hər iki valideynini itirmiş 3 yaşlı Şahnəzərli Xədicə Röyal qızı barəsində sosial şəbəkələrdə video görüntülər yayılıb. Bildiririk ki, məsələ Ombudsman Səbinə Əliyevanın diqqətindədir”.
Bu barədə “Qafqazinfo”ya Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, ilk gündən Müvəkkilin təşəbbüsü ilə zərərçəkmiş ailə və uşaqlara ünvanlanan psixoloji konsultasiyalara Xədicə də cəlb olunub. Fəaliyyət prosesində uşağın mərhum valideynlərinin yaxın qohumlarına qanunvericiliyə uyğun olaraq qəyyumluğa götürülmə proseduru da izah edilib, hüquqi məsləhətlər verilib: “Xədicə hazırda ana tərəfindən nənə və babasının himayəsində yaşayır və yaxın qohumları onun rəsmi qəyyumluğa götürülməsi ilə bağlı Qəyyumluq və Himayəçilik orqanına müraciət ediblər. Xədicənin ata qohumları da onun qəyyumluğa götürülməsi üçün müraciət edib. Hazırda hər iki ailənin Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına müraciəti əsasında aidiyyatı dövlət qurumlarına sorğular verilməklə müvafiq araşdırmalar aparılır. Araşdırma müddətində Xədicənin psixioloji durumu nəzərə alınaraq nənəsi Ağayeva Sevinc Bayram qızının himayəsində yaşaması Qəyyumluq və Himayəçilik orqanı tərəfindən məqsədəuyğun hesab edilib”.



Xəbərlər  Tarix:   6 Noy 2020 / 14:10


« Əvvəlki xəbər (3173 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR