Savaşın 40-cı günündəyik, bu günə qədərki qazanclarımız:

-Ümumi ərazisi 12088 kvadrat kilometr olan Qarabağın 2618 kvadrat kilometri işğaldan azad olundu.
Bu da erməni işğalındakı ərazilərin ümumi sahəsinin 21,72 faizini, Azərbaycanın ümumi ərazisinin isə 2,98 faizini təşkil edir.
Erməni işğalındakı 900 yaşayış məntəqəsinin 209-u artıq azaddır.
Yəni 4 şəhər, 4 qəsəbə, 201 kənddə bayrağımız dalğalanır;
- Torpaqlarımızın ən vacib hissələrindən biri – İranla dövlət sərhəddi tam şəkildə bərpa edildi və 132 kilomter boyunca sərhəd qoşunları bayraqlarımızı dalğalandırmağa başladılar;
- Ağbənd qəsəbəsinin alınması ilə müharibənin taleyinin mərhələlərindən biri bitdi – eyni zamanda Qarabağ müharibəsinin taleyinə də aydınlıq gətirmiş oldu;
- Ermənilərin 70 faizi Xankəndi dən qaçdı, Sentyabrın 27-də Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayana qədər Xankəndi -də 56 min sakin yaşayıb. İndi isə bu rəqəm 17 min təşkil edir. İndi Xankəndi sakinlərinin əksəriyyəti Ermənistana köçüb, iddiaya görə, əhalinin təxminən 30% -i şəhərdə qalır;
- Azərbaycan dünya döyüş nəzəriyyəsin yeni döyüş taktikası: “Smart müharibə” adlı tətbiq gətirdi;
- Dronların çəyirtkə kimi havada tətbiqi, eyni zamanda S-300-lərin aşkar hədəfə çevirilib, dünyanın gözü qabağında məhv edilməsi ilə tarix yazıldı;
- Türk tətbiqi qurd qapanı, hilal taktiyi adı ilə Səlcuq sultanı Alparslanın 1071-ci ildə Malazgird müharibəsinin eynisi Qarabağda icra edilməyə başladı;
- Ən yaxın dostlarımızın siyahısı şəkillənməyə başladı – Türkiyə, İsrail, Pakistan, Ukrayna və ... Sosial Tədqiqatlar Mərkəzinin müharibədən qabaq keçirdiyi sorğuda dost ölkələrin rəqəmləri belə idi: Pakistan – 98 faiz, Ukrayna – 93 faiz, İsrail – 87, Gürcüstan – 71 faiz, Belarus – 70 faizdən çox;
- İllər uzunu Qarabağın açarı Moskvadadır fikri ki, daşlaşmışdı, Putin, Ərdoğan və Əliyev işbirliyi TAR ittifaqının ilkin təməllərini, səmimi mühitin betonunu tökdü;
- İran ətəyinə yığdığı 200 illik daşı asta-asta boşaltmağa başladı, İsrail isə başında yanımızda yer aldı, təşəkkürlər, Britaniya...
- Fransa və bu kimi digər ölkələrlə siyasətə yenidən baxmalı olacağıq, savaş bitəndən sonra işimiz çoxdur;
- Laçın yolu bağlandı, Ermənistandan gələn sonuncu qida borusu da kəsildi, qondarma rejimin kukla rəhbəri öldürüldü, nazirləri məhv edildi, yaxud da qaçmağa başladı, fərarilik artdı;
- Azərbaycanlılar xalqdan millətə çevrilmə prosesinə qədəm qoydu;
- Millətçilik hissləri, bayrağı sevmək duyğusu əmələ gəldi;
- Ölkə öz rəhbərini daha çox sevdi və bu dəfə heç vaxt görmədiyi üstünlüklərinin şahidi oldu – bütün dünyanın ən reytinqli media quruluşları Azərbaycan həqiqətlərini Birinci şəxsin dilindən eşitdi;
- Birinci Qarabağ savaşının qaziləri revanş almaq üçün meydanlara geri döndü, ən əsası Mübariz İbrahimovun şəhid olduğu məkan, Əlyar Əliyevin qəbri azadlıq ruhunu daddı;
- Ermənizm süqut etdi, yeni ermənizm ideyaları doğuldu;
- Türkiyə ilə Azərbaycan bütövləşdi;
- Ermənilərin apardığı etnik və dini parçalanma siyasəti uğursuzluğa düçar oldu;
- ✝️Xristian dünyası qarşısında da ifşa edildi;
- 41-ci gün... Azərbaycan əsgəri yeni qələbələr qazanmağa davam edir...
İctimai Əlaqələr Şöbəsinin Müdiri Mətanət Akifqızı



Öz xəbərlərimiz  Tarix:   7 Noy 2020 / 15:26


« Əvvəlki xəbər (3172 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR