Azərbaycan Prezidenti: “Dağlıq Qarabağdakı cinayətkar xunta qaçıb gedib”

“Xahiş edirəm, mənim bəyanatlarıma dəqiqliklə yanaşın. Mən bunu dedikdə bizim əraziləri işğal etməyə davam edənləri nəzərdə tuturdum”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində “onları iti qovan kimi qovacağıq” ifadəsinə aydınlıq gətirib.
“Mən Ermənistanın hərbi-siyasi rejimini nəzərdə tuturdum. Mən Dağlıq Qarabağın dırnaqarası “hökumətini”, bu cinayətkar xuntanı nəzərdə tuturdum, hansı ki, yeri gəlmişkən, artıq qaçıb gedib. Mənə məlumat verilib ki, Dağlıq Qarabağın dırnaqarası “rəhbəri” artıq Yerevandadır. Mən erməni xalqını yox, onları nəzərdə tuturdum”, - ölkə başçısı vurğulayıb.



Xəbərlər  Tarix:   9 Noy 2020 / 11:53


« Əvvəlki xəbər (3160 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR