Azərbaycan əsgəri Azıx mağarasında

Azərbaycan Ordusunun əsgərləri Azıx mağarasından görüntülər çəkiblər.
“Report” xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.
Videoçəkilişi aparan hərbçi mağara daxilində ermənilərin tikinti-qazıntı işləri ilə məşğul olduqlarını nümayiş edib.
Qeyd edək ki, Azıx mağarası eyniadlı kəndin yaxınlığında yerləşir. Ermənistan silahlı qüvvələri bu kəndi 1993-cü ildə işğal etmişdi.
Xatırladaq ki, noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun Xocavənd rayonunun Azıx kəndini işğaldan azad etdiyini açıqlayıb.



Xəbərlər  Tarix:   19 Noy 2020 / 09:57


« Əvvəlki xəbər (3075 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR