Bayden prezident seçkilərində rekord vurdu

Demokratlar partiyasından namizəd Co Bayden ABŞ-da keçirilən prezident seçkiləri tarixində 80 milyon seçici səsi yığmağı bacaran ilk şəxs olub.
“Report” xəbər verir ki, bu barədə məlumat NBC telekanalının hesablamalarında yer alıb.
Telekananalın məlumatına görə, demokrat seçkilərdə 80 011 351 səs toplayıb. Siyasi marafonda Baydenin rəqibi, Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd, ABŞ-ın hazırkı prezidenti Donald Trampa isə 73 881 795 seçici səs verib. Qeyd edilir ki, digər namizədlər birlikdə 2 867 515 səs yığıblar.
Noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Ölkənin ən yüksək dövlət postuna demokrat Co Bayden və hazırkı prezident, respublikaçı Donald Tramp iddialı olub.
Noyabrın 7-də ABŞ-ın aparıcı KİV-i – “ABC News”, “FOX News”, CNN, AP və NBC prezident seçkilərində demokrat Co Baydenin qələbəsini elan ediblər. Rəsmi nəticələr hələ açıqlanmayıb.



Xəbərlər  Tarix:   25 Noy 2020 / 09:13


« Əvvəlki xəbər (3026 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR