Qocalmanı ləngitməyin yeni yolu tapıldı

Sestrin zülalının mutasiya olunmuş variantı ömrü uzatmaq qabiliyyətinə malikdir.
“Report” ”Phys.org”a istinadən xəbər verir ki, Kölndə yerləşən Maks Plank Qocalma Biologiyası İnstitutunun əməkdaşlarının milçəklər üzərində apardıqları sınaq əsnasında belə bir qənaətə gəlinib.
“Sestrin zülalının bəzi amin turşularını neytrallaşdırdığını göstərə bildik. Bu prosesin qarşısını alanda milçəklər daha uzun yaşayırdı”, - deyə tədqiqat müəlliflərindən Linda Patric qeyd edib.
Mutasiyaya uğrayan sestrin zülalı amin turşularını neytrallaşdırmadığı üçün hətta qocalma prosesinə təkan verdiyi qəbul olunan zülallı qidalanmaya belə baxmayaraq, bu prosesi əksinə, ləngidirmiş.
Lakin bu təsirin insan orqanizmində də özünü göstərib-göstərmədiyini müəyyənləşdirmək üçün ayrıca tədqiqata ehtiyac olduğu bildirilir.



Xəbərlər  Tarix:   25 Noy 2020 / 14:58


« Əvvəlki xəbər (3018 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR