Baş infeksionistdən yoluxanlara çağırış: "Yalnız həkim təyinatı ilə müalicə olunun!"

Hazırda hər beş adamdan yalnız birində virusun ağır və çox ağır formaları inkişaf edir, qalanları xəstəliyi yüngül və orta yüngül olaraq xəstəlik keçirirlər.
Sonxeber.az Modern.az-a istinadən xəbər verir ki, bunu respublikanın baş infeksionisti Təyyar Eyvazov bildirib.
T.Eyvazov qeyd edib ki, COVİD-19 virusuna yoluxan yüngül xəstələr evdə müalicə oluna bilər:
"Yüngül xəstələr - boğazı ağrıyan, qızdırması, öskürəyi, respirator əlamətləri olan şəxslərdir. Lakin onlarda pnevmaniya inkişaf etməyib. Adətən, xəstəliyin birinci həftəsində bu simptomlar müşahidə olunur, şəxs virusa yoluxubsa, artıq ikinci həftədən etibarən virus aşağı tənəffüs yollarına keçir və ağciyəri zədələyir.
İlkin simptomlar olan, yaşı 65-dən aşağı, heç bir xroniki xəstəliyi olmayan şəxslər evdə müalicə ala bilərlər. Lakin bunu həkim təyin etməlidir".
Baş infeksionistin sözlərinə görə, COVİD - 19 və digər respirator virus infeksiyaları eyni simptomlarla başlayır:



Xəbərlər  Tarix:   3 Dek 2020 / 15:21


« Əvvəlki xəbər (2973 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR