Prezident Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik etdi

"Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu"nda dəyişiklik edilib.
Sonxeber.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmanla həmçinin "Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi"ndə və "Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı"nda dəyişiklik təsdiq edilib.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.



Xəbərlər  Tarix:   11 Dek 2020 / 12:27


« Əvvəlki xəbər (2935 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR