15 sakinin Uğur Mediaya müraciəti

Hörmətli oxucular, bu gün sizlərə Uğur Media jurnalisti olaraq yaxın günlərdə baş verən və diqqətimizdə olan problemli bir məsələ ilə bağlı məlumat vermək istəyirəm. Abşeron rayon Masazır qəsəbəsi İslam Səfərov küçəsində yaşayan 15 sakinin bizə internet problemi ilə bağlı müraciəti nəticəsində mövcud olan məsələylə bağlı Uğur Media jurnalisti olaraq şəxsən mən özüm Uğur Media yayım və informasiya agentliyinin jurnalisti Diana Cəlali və mediamızın təsisçi baş redaktoru Tərlan Qocaoglu maraqlanmışıq.Şikayətçi vətəndaşlar mediamız vasitəsi ilə aidiyyatı orqanlara problemin həll olunmasında köməklik göstərmələri üçün müraciət etmişdir. Bildiyimiz kimi indi telekomunikasiya dövrüdür və belə bir inkişaf etmiş zamanda, 21ci əsrdə internetin olmaması sizcə nə qədər doğru bir haldır? Onu da bilirik ki, hal hazırda pandemiya vəziyyətində olduğumuz üçün Təhsil Nazirliyinin qərarı ilə təhsil distant təhsil rejiminə keçirildiyindən internetin olması, dərslərin normal şəkildə qaydasında keçirilməsi, tələbə və müəllimlərin rahat şəkildə dərslərdə iştirak etməsi üçün vacib amildir. Lakin həmin ərazidə internetin olmaması, o ərazidə yaşayan müəllim, şagird və tələbələrin dərslərdə iştirak etməsində çox böyük problemlər yaradır. Onu da demək istəyirəm ki, o ərazidə yaşayan sakinlərin övladlarının hər biri gələcəyin naziri, icra başçısı,deputatı həkimi,müəllimi və başqa işlərin işçisi və rəhbəri ola bilər. Amma hal-hazırda tətbiq edilən distant təhsil rejimini nəzərə alaraq onu deyə bilərəm ki, internetin olmaması şagird və tələbələrin təhsildən geri qalmasına, təhsilin inkişafına mənfi təsir göstərir və bu hal çox böyük fəsadlar yarada bilər. İnternetin olmaması nəticəsində şikayətçi vətəndaşlar övladlarının dərs davamiyyətindən geri qalmaması üçün internet paketlərindən istifadə etməyə çalışırlar. Lakin bildiyimiz kimi pandemiya dövründə iş yerlərinin çoxusu bağlı olduğu üçün əhalinin büdcəsi davamlı olaraq internet paketlərindən istifadə etmək üçün yetmir.
Eyni zamanda Uğur Media olaraq mövzu ilə maraqlanmağa gedərkən vətəndaşlar qonşulardan birində telefon xəttinin olduğunu bizə bildirdi və bundan da belə nəticəyə gəlmək olar ki, həmin əraziyə telefon qovşağının çəkilməsi mümkündür.
Bundan əlavə şikayətçi vətəndaşlar problemlə bağlı Azərbaycan Respublikasının Birinci Vitse prezidenti Mehriban xanım Əliyeva, Təhsil Naziri Emin Eldar oğlu Əmrullayev, Abşeron rayon icra başçısı Gülməmmədova İradə Akif qızı və Cənab Prezident İlham Əliyevə bizim media vasitəsi ilə müraciətlərini bildirmişlər və biz də öz növbəmizdə mediamız adından bütün bunları ictimaitləşdirmişik. Eləcə də öz növbəmizdə problemin nəticəsi olaraq verilən qərarı da media olaraq ictimaitləşdirəcəyik ki, bu mövzuyla məşqul olan aidiyyatı qurumların təqdirə layiq qərarı digər nazirlərə və bir çox vəzifəli şəxslərə örnək olsun.Uğur Media olaraq əminik ki, vətəndaşların mediamız adından aidiyyatı qurumlara edilən şikayətlərinə baxılacaq və 15-ə yaxın sakinin telefon qovşağının və internetin çəkilməsi işlərinə tez bir zamanda başlanılacaq.
Hörmətli oxucular dəyərli zamanınızı ayırıb qələmə aldığlarımızı oxuduğunuz üçün Uğur Medianın adından sizlərə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk və demək istəyirik ki, nə qədər pandemiya şəriatində olsaq da təhsilimizin inkişafı üçün, gələcək nəsillərə savadlı kadrlar yetişdirmək üçün evdə qala bilərik, amma təhsildən qalmamalıyıq. Son olaraq isə bu şüarla qələmə aldığlarımı sonlandırmaq istəyirəm.
Evdə qal! Təhsildən qalma!

Yazdı: Diana Cəlali



Hüquqi yardım  Tarix:   17 Dek 2020 / 14:17


« Əvvəlki xəbər (2907 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR