Bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyula bilər - AÇIQLAMA

Xəbər verdiyimiz Azərbaycanda yanvarın 18-nə kimi sərt karantin rejimi tətbiq edilib. Artıq son bir neçə gündə tətbiq edilən sərt karantin rejimi özünün müsbət nəticəsini verməkdədir. Yoluxanların sayı 4000-dən 2000-nə düşüb. Gələn həftədən artıq bayram günləri başlayır. Bayram günlərində yoluxmaların sayının yenidən artmaması üçün ictimai nəqliyyatın fəaliyyətinə 5 gün qadağa qoyulması təklif olunur. Azərbaycanda 5 gün ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyula bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, yoluxma sayının yenidən artmaması üçün bayram günlərində ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırıla bilər:
"Artıq biz son bir neçə gündə sərt karantini müsbət nəticəsini görürük. Yoluxma sayı iki dəfə azalıb. Gələn həftədən bayram günləri başlayır. Bayram günlərində insanlar kütləvi toplaşmağa meyilli olur və bir-birilərinin evinə bayramlaşmağa gedirlər. Bu adətlər yenidən yoluxmanın artmasına səbəb ola bilər. Ona görə də insanların, bu il həmin adətlərdən imtina etməsi yaxşı olar.



Xəbərlər  Tarix:   24 Dek 2020 / 14:34


« Əvvəlki xəbər (2860 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR