Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 19-u saat 21 radələrində paytaxtın Nizami rayonunun B.Çobanzadə küçəsində Bakı şəhər sakini A.Abduyev idarə etdiyi “Fiat” markalı avtomobillə yolu keçən paytaxt sakini Ə.Zeynallını vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.



Xəbərlər  Tarix:   20 Yan 2021 / 11:00


« Əvvəlki xəbər (2779 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR