Qusarda oğurluq edən şəxsdən narkotik götürülüb

Qusar sakinində narkotik aşkarlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini A.Balakişiyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın, yaşadığı evə baxış zamanı isə 7 qramdan artıq marixuana aşkar edilərək götürülüb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmyerlisi, əvvəllər məhkum olunmuş Z.Seyidəhmədovla birgə 2020-ci il dekabrın 19-na keçən gecə şəhər ərazisində Yasab kənd sakini E.Rəfiyevə məxsus “VAZ-2106” markalı avtomobildən oğurluq etmələri də müəyyən edilib.
Davam etdirilən tədbirlərlə Z.Seydəhmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.
A.Balakişiyevin yanvarın 9-dan 19-dək olan müddətdə B.Ağasıoğlu küçəsində İmamqulukənd kənd sakini T.Xosrofova məxsus “VAZ-2107”, Köhnə Xudat kənd sakini S.Vəlibəyova məxsus “VAZ-2106” markalı avtomobillərdən və R.Rzayevin yaşadığı Hərbi şəhərcikdəki evin həyətindən müxtəlif əşyalar oğurlaması da müəyyən edilib.



Xəbərlər  Tarix:   25 Yan 2021 / 11:20


« Əvvəlki xəbər (2744 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR