Xırdalanda dağıntılar altından çıxarılmış şəxslərdən 5 nəfəri evə buraxıldı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ötən gün Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan şəxslərin səhhəti barədə açıqlama verib.
TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, ötən gün Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Emil Əliyev, Arif Hüseynov, 11 yaşlı Firuddin Musayev, Simayə Ələzova, Xədicə Şükürzadənin vəziyyətləri yaxşı olduğundan evə buraxılıblar.
Partlayış zamanı ağır bədən xəsarətləri alan Vusal Musayevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.



Xəbərlər  Tarix:   26 Yan 2021 / 09:46


« Əvvəlki xəbər (2740 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR