Cənnətdəki Mövludun Mübarək Ziyad

Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhramanlardandır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq.
Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq.
Xalq tərəfindən qərinələr, əsrlər keçməyinə baxmayaraq əsla unudulmayan insanlardır şəhidlər.
Tarix boyu inanan millətləri zəfərdən zəfərə aparan səbəb də vətənə xidmət etmək və şəhid olmaq arzusu olmuşdur.
Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər.
Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır.
Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır.
Ölüm əslində yoxluq və heçlik deyil. Əbədi diyara səfərdir. Əbədi diyara səfərdən sonra çoxları çox az müddətlik də olsa dünyaya yenidən qayıtmaq və xeyirxah, saleh əməllər işləmək istəyəcəklər. Ancaq şəhidlər yenidən dünyaya qayıdaraq bir daha şəhid olmağı arzulayacaqlar.
Bu gün sizə Şəhidimiz Muradov Ziyad Muradxan oğlundan danışacam. Ziyad 1991ci ilin 3 fevralında Füzuli rayonunda anadan olub mənfur erməni vandallarının Füzuli rayonuna hücumu zamanı Ziyadın 2yaşı olur ailəsi ilə birgə atılan mərmiyə tuş gələn Ziyad və anası bir neçə bədən üzvlərindən qəlpə yaraları alırlar. Valideynləri deyirki Ziyadın bu qəlpə yaralarından dolayı eşitmə qabiliyyətində problemi var imiş. Ama buna baxmayaraq Qəhrəmanımız 2009-2011ci illərdə həqiqi hərbi xidmətə yollanır, və Vətənə qismən də olsa öz borcunu ödəyərək geri dönür. Ziyadı şəxsən tanıyırdım çox mərd oğlan idi bizim Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinə işə gələndə Sədrimiz Ədhəm Məmmədov onu mənə köməkçi verdi və bir neçə günə Ziyad Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin İctimai Əlaqələr Şöbəsinin Müdiri oldu. Çox Vətəninə xalqına bağlı bir insan idi. Yadımdadır Laçının işğalı günü ondan müsahibə alanda çox həyacanlandı mən kamera arxası ona dedimki Ziyad kadrda yaxşı alındı narahat olma o, isə mənə cavabında Mətanət xanım Mən ermənilərin o vandalizmini 2 yaşımda yaşamışam ona görə həyacandan danışa bilmədim dedi. Ziyaddan günlərcə danışsamda bitməz. Ziyad 23 oktyabr 2020il tarixində öz Rayonu Füzuli rayonu istiqamətində gedən döyüşlərdə Qəhrəmancasına Şəhidlik zirvəsinə ucaldı. Dünən Ziyadın 30 illik ad gününü qeyd etdik ama onsuz ilk kəz Ziyadsız qeyd etdiyimiz ad günündə ailə üzvləri Oğlu Murad balamızla birlikdə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev və Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon Sədri Ədhəm Məmmədov da iştirak edirdilər. Biz Ziyadın 30 illik ad gününü bu kəlmələri işlədərək qeyd etdik Cənnətdəki Mövludun Mübarək Şəhidim
Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.
Allah vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin! Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri və Ugurmedia.az-ın İctimai Əlaqələr Şöbəsinin Müdiri Mətanət Akifqızı



Öz xəbərlərimiz  Tarix:   4 Fev 2021 / 21:22


« Əvvəlki xəbər (2692 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR