Bu ərazi də Azərbaycanın nəzarətinə keçdi

Ermənistanın Geqarqunik (Kəlbəcər ərazisi) vilayətinin sərhəd ərazisində yerləşən külək elektrik stansiyası Azərbaycanın nəzarətinə keçib.
Open.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Armen Tatoyan məlumat verib.
O bildirib ki, sözügedən 200 hektarlıq ərazi hökumət tərəfindən biznesmenə 30 il müddətinə icarəyə verilmişdi:
"Sonradan kadastr komitəsində iş adamının torpaq sahəsi almaq hüququ qeydiyyata alınıb. 2018-ci ildə isə şirkət elektrik enerjisi istehsal etmək üçün lisenziya almışdı. Ancaq 25 noyabrdan sonra Azərbaycan Silahlı Qüvvələri bu ərazilərə gəlib və şirkət fəaliyyətini dayandırmağı tələb ediblər".Publika.az



Xəbərlər  Tarix:   8 Fev 2021 / 10:51


« Əvvəlki xəbər (2680 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR