Vətən oğlu.

Vətən qaladır. Əzəmətli, vüqarlı qala. Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır. Biri-birinə arxa-dayaq olan bu qayaların ürəkləri Vətən sevgisiylə, Vətən eşqiylə döyünür. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir, şəhadətləriylə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Səməd Vurğunun "Ölüm var ki, həyat qədər dəyərli" - misrası nə qədər yaşarıdı.
Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Heç kimə bənzəmədən öz ömrünü ömürlərə - Vətənə bağışlayan oğullardı qəhrəmanlar.
İşıqlı duyğularla, niyyətlərlə yaşayan böyük əməl sahibləri seçdikləri yolda sona qədər əzmlə, yorulmadan, usanmadan maneələri heçliyə çevirərək irəliləyirlər. O yolun sonunun işıqlı sabahlara qovuşacağına əmin olduqlarından simalarındakı nurlu təbəssüm də, gözlərinin dərinliyindəki məna da "Öncə Vətəndir!" deyir. Qəhrəmanların niyyəti, məqsədi, dönməz iradələri xalqının, millətinin mənafeyinə xidmət edir. Bu Qəhrəmanlardan biridə Nəsibov Nicat Səməd oğludur. Nicat 3 oktyabr 1996-cı ildə Qazax rayonunun 1-ci Şıxlı kəndində anadan olmuşdur. Və 2003-cü ildə Həmin kənddə orta məktəbin 1-ci sinifinə daxil olur 2014-cü ildə məktəbi bitirərək Gəncə Regional kollecinə daxil olan Qəhrəmanımız təhsilini donduraraq 2016-cı ilin aprel ayında Həqiqi hərbi xidmətə yollanır. 2017-ci ildə hərbi xidməti başa vurur və yenidən Gəncə Regional kollecində təhsilinə davam edir. 2019-cu ildə kolleci başa vurur. Azərbaycan respublikasının prezidenti İlham Əliyevin 21 sentyabr 2020-ci il tarixində Qismən Səfərbərlik elan əmri ilə Bir çox Azərbaycan övladları kimi Nicatda Vətən müharibəsində döyüşə yollanır. Qubadlı, Cəbrayıl, Və Laçın uğrunda mübarizəmizdə iştirak edir və Laçın uğrunda mübarizədə 27 oktyabr 2020-ci il tarixində Qəhrəmancasına Şəhid olur. Və 29 oktyabr 2020-ci il tarixində doğulub boya başa çatdığı kənddə torpağa tapşırılıb. Şəhidimiz ölümündən sonra Qubadlı uğurunda, Cəbrayıl uğurunda, Laçın uğurunda, Vətən uğurunda, Və Vətən naminə medalları ilə təltif olunub. Biz sizin kimi oğlanlarla fəxr edirik Nicat. Məqamın Mübarək Şəhidim. İctimai Əlaqələr Şöbəsinin Müdiri Mətanət Akifqızı



Öz xəbərlərimiz  Tarix:   9 Fev 2021 / 15:33


« Əvvəlki xəbər (2668 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR