Yeni vəzifədə uğurlar Rəşad Nəbiyev.

Uğur Media informasiya və yayım agentliyi olaraq bu gün də sizə ictimaitləşdirdiyimiz bir problemli mövzu haqqında məlumat vermək istəyirik. Bu dəfəki işıqlandıraraq, ictimaitləşdirdiyimiz problem isə Rabitə və Yüksək Texnologiya naziri Ramin Quluzadənin vəzifədə olduğu dövrdə baş verən özbaşınalıqlar ilə bağlıdır. Dəfələrlə vətəndaşların şikayətlərinə əsasən mediamız adından nazirliyə etdiyimiz müraciətlərə baxmayaraq, müraciətlərimizin həlli yolunu tapması üçün heç bir cəhd göstərilməmişdir. Elə bu səbəbdən də mediamız adından Rabitə və Yüksək Texnologiya Nazirliyinin yeni naziri Rəşad Nəbi oğlu Nəbiyevə problemlərin həll olunması ilə bağlı tədbirlər görülməsinə əsasən tapşırıqlar verməsi üçün müraciət etdik. Müraciətimizi bu cümlələrlə bildirdik.
Hörmətli Rəşad Nəbi oğlu Nəbiyev ilk öncə Sizi yeni vəzifəniz münasibəti ilə Uğur Media İnformasiya və yayım agentliyi adından ürəkdən təbrik edirik. İnanırıq ki, sizin hakimiyyət dövrünüzdə olunan müraciətlərə vaxtlı-vaxtında, dəqiqliklə icraatına baxılacaq və vətəndaşların şikayətləri cavabsız qalmayacaq. Buna nümunə olaraq Abşeron rayon Masazır qəsəbəsinin sakinlərinin wifi problemi ilə bağlı Rabitə və Yüksək Texnologiya Nazirliyinə edilən müraciətlərə baxılmamasını deyə bilərik. Sakinlərin mediamız Uğur Mediaya müraciətinə əsasən, mövcud olan problemin bizim tərəfindən işıqlandırılmasına, sakinlərin Prezident Cənab İlham Əliyevə,Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, bunun kimi bir çox aidiyyatı qurumlara müraciətinə baxmayaraq, vətəndaşların müraciətinə baxılmamışdır.Bundan əlavə Abşeron rayon Masazir qəsəbəsi İslam Səfərov küçəsində yaşayan sakinlər Rabitə və Yüksək Texnologiya nazirliyinin qarşısına toplaşaraq, müraciətlərinə baxılmasından şikayətçi olmuşlar, lakin bu zaman nazirlikdən məsələnin ictimaitləşdirilməsini istəmədikləri və bu səbəbdən də müraciətlərə baxılacağı, həmin əraziyə qısa müddətdə wifi çəkiləcəyi bildirilmişdir. Əlavə olaraq, internetin çəkilməsi üçün lazım olan avadanlıqların xaricdən gətirildiyi bildirilmişdir. Hadisə zamanı media işçiləri və eləcə də Daxili İşlər Nazirliyinin 39 cu polis bölməsinin əməkdaşları da hadisə yerində idi. Lakin bundan sonra da vətəndaşlar boş sözlərlə ümidləndirilərək ələ salınmışdır və problem həllinə baxılacağı bildirildiyi təqdirdə, heç bir halda şikayətlərə baxılmamışdır. Burdan da məlum olduğu kimi, nazirlik öhdəliyinə düşən heç bir işi doğru şəkildə yerinə yetirmirdi, səhlənkarlıq edərək, ora yazılan şikayətlərin icraatına baxılmırdı. Müraciətinizə qarşılıq verilən cavaba əsasən isə bildirilmişdir ki, müraciətə cavab məktubu bizim tərəfimizdən yazılmayıb. Daha sonra müraciətlərə əsasən problemlə bağlı nazirlikdən AzTelcoma müraciət edilməsi bildirilmişdir. AzTelecom isə həmin əraziyə gedərək, baxış keçirmiş və Uğur Media Yayım Və İnformasiya Agentliyinin təsisçi baş redaktoru Tərlan Abbasovla danışıqlar zamanı öhdəliklərinə düşən işi yerinə yetirdiklərini bildirmişdir. Ancaq çox təəssüf ki, bu vaxta qədər nə Aztelekoma və Uğurmediaya nədəki vətəndaşlara məsələ ilə bağlı heç bir tədbir görülməmişdir. Bundan əlavə Şəki şəhəri Küngüt kəndində olan internet problemi ilə bağlı da Rabitə və Yüksək Texnologiya Nazirliyinə müraciət edilmişdir. Lakin o müraciətə də lazımı qaydada baxılmamışdır. Bütün bunlardan da məlum olduğu kimi ölkədə internet hal hazırda bərbad vəziyyətdədir. Nəzərə alsaq ki, pandemiya ilə bağlı hal-hazırda təhsildən geri qalmamaq üçün distant təhsil sistemi ilə dərslər keçilir. Belə olan halda mövcud vəziyyət Azərbaycan Təhsilinin inkişafında böyük fəsadlar törədir. Ümid edirik və sizə güvənirik ki, sizin gəlişiniz Rabitə və Yüksək Texnologiya nazirliyinin iş fəaliyyətində yeni dönəm və müsbətə doğru böyük dəyişikliklər yaradacaq və 21ci əsrə,müasir standartlara uyğun şəkildə irəliləyişlər olacaq. Bu iki ərazidə olan internet problemin həll edilməsi ilə bağlı tez bir zamanda.Sizin tərəfinizdən problemin icraatı üçün tapşırıqlar veriləcək və problem öz həlli yolun tapacaqdır. Biz isə öz növbəmizdə media olaraq mövcud problemlə bağlı gördüyünüz işləri işıqlandıraraq, öz icaraatınızda olan işlərdə nə qədər məsuliyyətli olduğunuzu xalqımıza yayımlayacağıq.
Hörmətli Rəşad bəy Nəbiyev bir daha sizi mediamız adından yeni vəzifəniz münasibəti ilə təbrik edir, sizə işlərinizdə uğurlar arzu edirik. Media olaraq, həm Masazır sakinləri həm də Şəki şəhəri Baş Küngüt sakinləri adından Sizdən xahiş edirik ki,mövcud problemin həllinə baxilmasi üçün lazımı işləri görəsiniz. Həm Masazır sakinləri həm Şəki şəhər Baş Küngüt sakinləri eyni zamanda Uğurmedia online və xəbər yayım informasiya agentliyi vasitəsi ilə Cənab Prezident İlham Əliyevə, Birinci Vitse prezident Mehriban xanım Əliyevaya müraciət etmişdir. Sizə inanırıq ki, daha böyük əzmlə icraatınizda olan işlərin yerinə yetirilməsində sizin tərəfinizdən böyük səy göstərilərəcək, vətandaşların müraciətləri cavabsız qalmayacaq və gəlişinizlə xalqa bir tövhə verəcəksiniz.
Son olaraq isə icraatımızda olan bu problemlərlə bağlı muraciətimizi isə bu sözlərlə sonlandırdıq.
Hörmətli oxucular dəyərli zamanınızı ayırıb qələmə aldığlarımızı oxuduğunuz üçün Uğur Medianın adından sizlərə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizlərin də həlli yolun tapmayan problemləriniz varsa, problemlərinizin həlli yolunun tapılması ilə bağlı müraciətlərinizi Uğur Media Yayım və Xəbər İnformasiya Agentliyi olaraq mediamiza edə bilərsiniz.
Yazdı: Diana Cəlali



Öz xəbərlərimiz  Tarix:   9 Fev 2021 / 16:04


« Əvvəlki xəbər (2667 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR