Gürcüstanın Azərbaycandakı səfirliyində bayraq endirilib

Gürcüstanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.
“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən bildirilib.
Bayraq Gürcüstanın sovet işğalının 100-cü ildönümü ilə bağlı endirilib.
“Qırmızı orduya qarşı qeyri-bərabər döyüşlərdə Gürcüstanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edirik”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, 1921-ci ilin fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib. Gürcüstan parlamentinin 21 iyul 2010-cu il tarixli qərarı ilə fevralın 25-i ölkədə Sovet işğalı günü elan olunub. Bu gün qonşu ölkədə bütün dövlət qurumlarında dövlət bayraqları endirilib.



Xəbərlər  Tarix:   25 Fev 2021 / 11:28


« Əvvəlki xəbər (2609 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR