Cənnətdəki mövludun mübarək Şəhidim

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var:Şəhidlik zirvəsi.Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur.Yalnız müqəddəs amallar uğrunda çarpışan,qorxu nə olduğunu bilməyən,Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli,ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə
Bu yüksəkliyə ucalan insanlar ölmürlər,əksinə ölümləri ilə bir əbədilik qazanırlar.Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri belə vəsf etmişdir:
Qatil gülləsinə qurban gedərkən,
Gözünü torpağa dikdi şəhidlər!
Üç rəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.
Bu zirvəyə ucalan
Qəhrəmanlarımızdan biridə Şəhid Abdullayev Əlikram Azad oğludur.
Əlikram 24 fevral 1998-ci ildə Cəlilabad rayonunun Qarakazımlı kəndində anadan olub.Vətən uğrunda mubarizəmiz başlayanda Bir çox Azərbaycan övladları kimi Əlikram da bu mübarizəyə qatıldı.Torpaqlarımızın azad olunması uğrunda,oda öz şücaətini göstərdi,amma bu şücaətin sevinc hissini yaşamaq Qəhramanımıza qismət olmadı.Tamda Qələbə çalmağımıza 10 gün qalmış 29 Oktyabr 2020-ci il tarixində Füzuli və Laçın rayonları istiqamətində gedən döyüş zamanı Qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır.Şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Laçın uğrunda və Füzuli uğrunda medalları ilə təltif olunmuşdur.Əlikram bu gün yaşasaydı 23 yaşını qeyd edəcəkdir.Cənnətdəki Mövludun Mübarək Şəhidim.Milli Qəhrəmanların Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri və Uğurmedia.az İctimai Əlaqələr Şöbəsinin Müdiri Mətanət Akifqızı



Xəbərlər  Tarix:   25 Fev 2021 / 16:23


« Əvvəlki xəbər (2603 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR