Azərbaycan yanvarda polietilen ixracından gəlirlərini 40%-dən çox artırıb

Bu ilin yanvar ayında Azərbaycan 6,9 milyon ABŞ dolları dəyərində ilkin formalı polietilen ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin fevral sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 milyon ABŞ dolları və yaxud 40,6 % çoxdur.
Azərbaycanda polietilen və polipropilen istehsalı ilə "SOCAR Polymer" MMC məşğuldur. Şirkətin illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsal gücü 120 min ton olan Yüksəksıxlıqlı Polietilen zavodu var. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.



Xəbərlər  Tarix:   1 Mart 2021 / 16:50


« Əvvəlki xəbər (2593 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR