Nazirlər Kabineti: Azad olunan ərazilərdə hərbçilərin yerləşdirilməsi davam etdirilir

“Hazırda işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin yerdəyişməsi və şəxsi heyətin yerləşməsi ilə bağlı maddi-texniki təminat tədbirləri davam etdirilir”.
“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.
Sənəddə qeyd edilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən, Silahlı Qüvvələrin maddi-texniki şəraitinin daha da yaxşılaşdırılması məqsədilə Müdafiə Nazirliyinin hərbi hissələrində müxtəlif təyinatlı bina və qurğular tikilib istismara verilib, bir sıra obyektlərin tikintisi isə davam etdirilib.



Xəbərlər  Tarix:   9 Mart 2021 / 14:49


« Əvvəlki xəbər (2570 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR