Tengiz Tsertsvadze: “Gürcüstanda kütləvi vaksinasiya hələ mümkün deyil”

“Gürcüstanda koronavirus əleyhinə vaksinasiyaya başlanılsa da, ölkədə peyvəndə qarşı misli görünməmiş passivlik və böyük şübhə var”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze deyib.
Onun sözlərinə görə, bu səbəbdən kütləvi vaksinasiya hələ mümkün deyil: “Əhali peyvəndlənməlidir, əks halda ölkədə epidemioloji vəziyyət daha da ağırlaşa bilər”.
Baş infeksionist bildirib ki, insanlar tövsiyələrə əməl etmirlər və qoruyucu maskadan istifadə göstəricisi 70%-dən 42%-ə düşüb: “Əgər əhali vaksinasiya və qoruyucu maskalardan imtina etsə, o zaman Gürcüstanda pandemiyanın üçüncü dalğası tezliklə başlayacaq”.
Qeyd edək ki, qonşu ölkədə martın 15-dən etibarən “AstraZeneca” peyvəndinin tətbiqi ilə vaksinasiyanın ilk mərhələsinə başlanılıb. Səhiyyə işçiləri arasında peyvəndlənmə prosesində 27 yaşlı tibb bacısı preparatın yan təsirləri nəticəsində dünyasını dəyişib. Bu hadisədən sonra Gürcüstan cəmiyyətində vaksinin effektivliyi və təhlükəsizliyi ilə bağlı böyük şübhələr yaranıb.



Xəbərlər  Tarix:   24 Mart 2021 / 15:46


« Əvvəlki xəbər (2543 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR