Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,07 ABŞ dolları, yaxud 3,23 % azalıb.
"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 61,93 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.



Xəbərlər  Tarix:   24 Mart 2021 / 16:12


« Əvvəlki xəbər (2537 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR