Dünya Bankı: Pandemiya Azərbaycanla olan layihələrimizdə gecikmələrə səbəb oldu - EKSKLÜZİV

“Koronavirus (COVID-19) pandemiyası səbəbindən Dünya Bankının Azərbaycanla reallaşdırdığı bir sıra layihələrdə yubanmalar olub”.
Bunu “Report”a eksklüziv müsahibəsində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) deyib.
S.Mayklın sözlərinə görə, gecikmələrin əsas səbəblərindən biri də beynəlxalq uçuşlara qadağa qoyulmasıdır:
“Bilirsiniz ki, bizim üçün təhlükəsizlik hər şeydən öndə gəlir. Həmçinin regiona təyyarə reyslərində məhdudiyyətlərin olması da bəzi əməkdaşlarımızın bölgəyə səfər etməsinə imkan vermədi. Biz bunların hamısından əmin olmalı idik.
Digər tərəfdən sosial məsafə və bir sıra protokol qaydalarına da əməl etmişik. Amma mən maliyyələşdirdiyimiz layihələrin irəliləməsi üçün müxtəlif həll yolları tapdığı üçün Dünya Bankının heyətini tərifləmək istəyirəm.
Beləliklə, bəzi gecikmələrin olmasına baxmayaraq, fəaliyyətimiz davam edib. Artıq bir neçə aydır ki, açılmalar başlayıb. Ümid edirik ki, tezliklə beynəlxalq sərhədlər də açılacaq.
Bildiyiniz kimi, bəzi ekspertlərin və bir sıra xaricdən gələn mal və materialların idxalında müəyyən gecikmələr olub. Ancaq bunlar o qədər də xüsusi əhəmiyyət kəsb etmir. Bu səbəbdən də ümid edirik ki, hazırda davam edən layihələrimiz kiçik gecikmələrə baxmayaraq qrafikə uyğun tamamlanacaq.
İrəli getmək üçün bir çox rəqəmsal modullardan istifadə etmək imkanları olduğu halda fəaliyyətimizi dayandırmaq fikrimiz yoxdur.
Müəyyən çətinliklərin olmasına baxmayaraq, layihə komandaları öz işlərinə yaxşı yerinə yetirmələrini qeyd etməliyəm və hələ də çox uğurlu davam edən layihələrin portfelləri üçün heç bir risk yoxdur”.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı 50-dən artıq layihəyə 4 mlrd ABŞ dolları civarında vəsait ayırırb.



Xəbərlər  Tarix:   29 Mart 2021 / 15:36


« Əvvəlki xəbər (2531 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR