Azərbaycanın bank sektorunun xalis mənfəəti 25 %-dən çox azalıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-fevral aylarında 73,1 milyon manat xalis mənfəət əldə edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,3 % azdır.
2 ay ərzində bankların əməliyyat gəlirləri 429,7 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 3,2 % az), əməliyyat xərcləri 280,7 milyon manat (1,9 % az), xüsusi ehtiyatlara ayırmaları 59,7 milyon manat (42,5 % çox), mənfəət vergisi ödəmələri isə 16,2 milyon manat (9,5 % az) təşkil edib.



Xəbərlər  Tarix:   29 Mart 2021 / 15:55


« Əvvəlki xəbər (2527 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR