Naxçıvanda aqrar sektora dair Dövlət Proqramı təsdiqlənib

Bu gün Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov “2021-2025-ci illərdə Muxtar Respublikada kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncamda deyilir:
Naxçıvanın İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və icrası ilə bağlı ildə bir dəfə Ali Məclisə məlumat versinlər.
D Ö V L Ə T P R O Q R A M I
1. Giriş
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı kompleks tədbirlər görülür. Qəbul olunmuş dövlət proqramları aqrar sahədə məhsul istehsalının həcmini artırmış, əkin sahələri genişlənmiş, torpaq mülkiyyətçiləri, fermerlər və ailə təsərrüfatçıları formalaşmış, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olunmuşdur. Kənd təsərrüfatında məhsul istehsalının artması emal sənayesinin inkişafına da təkan vermiş, ixrac potensialı formalaşmışdır.
Yeni dövlət proqramı ötən dövrdə bu sahədə əldə edilmiş müsbət nəticələrin davamlılığını təmin edəcəkdir.
2. Proqramın məqsədi
Proqramın məqsədi aşağıdakılardan ibarətdir:
kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracını stimullaşdırmaq;
kənd təsərrüfatı istehsalına əsaslanan ailə təsərrüfatlarını formalaşdırmaq;
muxtar respublikada özünüməşğulluğu təmin etmək.
3. Gözlənilən nəticələr
Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:
kənd təsərrüfatının dayanıqlı inkişafınının təmin olunması;
istehsal olunan məhsulların ixrac potensialının artırılması;
kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması.
4. Dövlət Proqramının maliyyələşdirilməsi
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər dövlət büdcəsinin vəsaitləri, o cümlədən qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
5. Proqramın həyata keçirilməsi üzrə
T Ə D B İ R L Ə R P L A N I

Tədbirin adı
İcraçılar
İcra müddəti
5.1.
Rayonların sosial-iqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla kənd təsərrüfatına əsaslanan istehsal sahələrinin yaradılması, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri
2021-2025
5.2.
Kənd təsərrüfatı məhsullarının istehsal, emal və ixrac potensialının gücləndirilməsi
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyətləri
2021-2025
5.3.
Məhsul istehsalının bazarın tələbatına uyğun planlaşdırılması, elektron uçot-informasiya sisteminin qurulması
Kənd Təsərrüfatı Nazirliyi, Rabitə və Yeni Texnologiyalar Nazirliyi, yerli icra hakimiyyətləri
2021-2025
5.4.
Yerli xammala əsaslanan yun tədarükü və iplik istehsalı müəssisəsinin yaradılması, qarğıdalı yağı istehsalına başlanılması
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
2021-2025
5.5.
Kompost gübrə istehsalı sahəsinin yaradılması
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
2021-2025
5.6.
Qızılgül əkini sahələrinin genişləndirilməsi, gülab və gül yağı istehsalının dəstəklənməsi
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyətləri
2021-2025
5.7.
Emal olunmuş kənd təsərrüfatı məhsullarının çeşidinin və əmtəəlik göstəricilərinin yüksəldilməsi
İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
2021-2025
5.8.
Müasir texnologiyalar əsasında qurudulmuş və dondurulmuş meyvə-tərəvəz emalı müəssisə­lərinin qurulması, bu sahədə fəaliyyətin təşviq edilməsi
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
2021-2025
5.9.
Daxili bazarın tələbatının və ixrac imkanlarının təhlil edilməsi, yeni yaradılan müəssisələrin rentabellik göstəricilərinin müəyyənləşdiril­məsi
İqtisadiyyat Nazirliyi, Sahibkarlar Konfederasiyası
2021-2025
5.10.
Ailə təsərrüfatlarının ixrac­­yönümlü məhsul istehsalına təşviq edilməsi
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri
2021-2025
5.11.
İxrac bazarları haqqında sahibkarlar və ailə təsərrüfatları­nın məlumat­landırıl­ması
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri
2021-2025
5.12.
İxracyönümlü məhsul istehsalçı­larına lazımi şəraitin yaradılması, gömrük yoxlamalarının sadələş­dirilməsi
İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi
2021-2025
5.13.
Kənd təsərrüfatına yararlı torpaqların əkin dövriyyəsinə cəlb olunması və xəritələşdiril­məsi istiqamətində tədbirlərin davam etdirilməsi
Kənd Təsərrüfatı Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti
Mütəmadi
5.14.
Xidmət sahələri ilə ailə təsərrüfatları arasında əlaqələrin gücləndiril­məsi
İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyətləri
2021-2025
5.15.
Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin məşğulluğu ilə bağlı işlərin davam etdirilməsi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
2021-2025
5.16.
Dövlət Proqramının icrası barədə teleradio verilişləri və qəzet materiallarının hazırlanması
Muxtar respublikanın kütləvi informasiya vasitələri
Rübdə 1 dəfə



Xəbərlər  Tarix:   29 Mart 2021 / 16:26


« Əvvəlki xəbər (2524 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR