Uğur Media yayım və xəbər informasiya agentliyi bu dəfə xeyriyyə aksiyası ilə öz fərqliliyini göstərdi.

Uğur Media yayım və xəbər informasiya agentliyi bu dəfə xeyriyyə aksiyası ilə öz fərqliliyini göstərdi. Xeyriyyə aksiyasında bu dəfə əsas məqsəd balaca Əhməd oldu. Əhməd bala ürək və ağciyər çatışmazlığından əziyyət çəkir. Ailəsi tərəfindən bir neçə ölkəyə aparılıb. Həkimlər boyun qaçırsa da ailə ümidin kəsməyib və ən sonunda Almaniyada ümid işiğı tapıblar. Bir tərəfdən hədəf qoyulan məbləğin çox olması, digər tərəfdən ailənin və Əhməd balanın zamanla mübarizəsi bir qisim çətinliklər yaratsa da, Uğur Medianın təşəbbüsü ilə aksiya yaradılıb və uğur əldə edilib. Beləki, Uğur Medianın könüllülərindən ibarət jurnalistləri Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüş xanəndə Gülyaz xanım Məmmədova ilə görüş təşkil edib. Görüşdə Gülyaz xanım Əhməd balanın vəziyyəti ilə bağlı məsələ ilə yaxından maraqlanıb, ictimailəşməsinda böyük səy göstərib, məsələnin addımbaaddım irəliləməsinə böyük köməyi dəyib. Məsələ ilə şəxsən və yaxından maraqlanıb. Uğur Medianın böyük səyi və dəstəyi nəticəsində Əhməd balanın xeyriyyə aksiyası artıq işıqlandırılıb. Hal-hazırda təbliğ işləri davam edir. Günbəgün hədəf qoyulan məbləğə addım-addım yaxınlaşırıq. Uğur Media yayım və informasiya agentliyi tərəfindən başda Gülyaz xanım olmaqla, bu işdə əməyi keçən hər kəsə öz dərin təşəkkürümüzü bildiririk. Bu işdə daha böyük nailiyyətlər əldə etmək umidi ilə...
Uğur media - Möhtərəm Həsənova



Öz xəbərlərimiz  Tarix:   13 Apr 2021 / 11:29


« Əvvəlki xəbər (2466 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR