Vətən müharibəsinin daha bir şəhidinin övladı dünyaya gəlib

Vətən müharibəsi şəhidi Qubat Əliyevin ikinci övladı dünyaya gəlib.
"Report"un məlumatına görə, 44 günlük müharibə zamanı şəhid olan Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Qubat Əliyevin ikinci övladı dünyaya göz açıb. Körpəyə atasının adı verilib, onun səhhəti yaxşıdır.
Qeyd edək ki, Q.Əliyev ötən ilin sentyabrında könüllü olaraq müharibəyə gedib. O, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavəndin azad edilməsində yaxından iştirak edib. Bir sıra ağır əməliyyatlarda şücaət göstərib. Q.Əliyev Xocavənddən “Qırmızı bazar” istiqamətində gedən zaman, Şuşa ərazisində qəhrəmancasına şəhid olub.
Şəhid noyabrın 11-də Sumqayıtın Şəhidlər Xiyabanında dəfn edilib



Xəbərlər  Tarix:   2 İyun 2021 / 10:05


« Əvvəlki xəbər (2412 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR