Qəbələdə 59 yaşlı kişi ağacdan yıxılaraq ölüb

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xırxatala kəndində baş verib.
Belə ki, kənd sakini, 1962-ci il təvəllüdlü Qafqaz İsayev həyətindəki ağacdan gilas yığarkən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.



Xəbərlər  Tarix:   10 İyun 2021 / 11:19


« Əvvəlki xəbər (2375 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR