Dövlət Departamenti Ermənistanda keçirilmiş seçkiləri şərh edib

ABŞ hakimiyyəti iki ölkə arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Ermənistanın yeni hökuməti ilə qarşılıqlı əlaqələrə ümid edir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Ned Prays Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərini şərh edərkən bildirib.
“Biz bütün tərəfləri qanunun aliliyi və demokratiya prinsiplərinə hörmətlə yanaşmağa çağırır, həmçinin ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Ermənistanın yeni hökuməti ilə işləməyi səbirsizliklə gözləyirik”, - Praysın Dövlət Departamenti tərəfindən dərc edilmiş bəyanatında deyilir. “ABŞ ümumi demokratik dəyərlər əsasında Ermənistanla tərəfdaşlığın möhkəmlənməsinə tərəfdardır. Biz həyata keçirilən islahatlara və korrupsiya ilə mübarizədə göstərilən səylərə görə Ermənistanı yüksək qiymətləndiririk və ölkəni bu yolla getməyə çağırırıq”, - ABŞ-ın xarici siyasət idarəsinin əməkdaşı əlavə edib.
Prays həmçinin keçirilmiş seçkilər münasibətilə Ermənistan əhalisini təbrik edib və “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) ümumilikdə müsbət qiymətləndirməsini” alqışladıqlarını bildirib. Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, ABŞ DTİHB-nin “çox yüksək polyarizasiya və seçkilərin əsas iştirakçıları tərəfindən təxribatçı çıxışlarla bağlı narahatlığını bölüşür”.



Xəbərlər  Tarix:   22 İyun 2021 / 09:45


« Əvvəlki xəbər (2360 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR