Balakəndə polisin intihar etməsi ilə bağlı araşdırmalar aparılır

Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşının xidməti silahla özünü vuraraq intihar etməsi ilə bağlı araşdırmalar aparılır.
Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, Balakən Rayon Prokurorluğunda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə iyunun 21-i saat 19 radələrində Balakən rayonu ərazisində baş verib. RPŞ əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar edib.



Xəbərlər  Tarix:   22 İyun 2021 / 10:07


« Əvvəlki xəbər (2355 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR