Bakıda 108B nömrəli marşrut xəttində ödəniş “BakıKart”la olacaq

Bakının marşrut şəbəkəsində nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir.
"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, nağdsız ödəniş sisteminə keçid sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından əhəmiyyətlidir. “BakıKart”a inteqrasiya qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi, şəffaflığın artırılması baxımından da vacibdir. Sərnişindaşımada təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərir.
Sabahdan 108B nömrəli marşrut xətti (metronun “Azadlıq prospekti” stansiyası – Mehdiabad qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart”la ödəniləcək.
Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Mehdiabad qəsəbəsi üzrə “28 May” küçəsi, 269A., Cəfər Cabbarlı küçəsi 5, Binəqədi rayonu üzrə isə Azadlıq prospekti, 104, A.Hüseynov küçəsi, Mərkəz Binəqədi, Binəqədi 2-ci Mədən, Novxanı yolu ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.



Xəbərlər  Tarix:   24 İyun 2021 / 14:17


« Əvvəlki xəbər (103 / 5067) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR