Rusiyada yüksək rütbəli polis rüşvət almaqda ittiham olunur

Rusiyanın Sankt-Peterburq şəhərində polis pod-polkovniki bir milyon rubl (təxminən, 14 min dollar) rüşvət almaqda ittiham olunur.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Sankt-Peterburq şəhərinin İstintaq Komitəsi İdarəsinin mətbuat xidməti yayıb.
Bildirilib ki, polis bölməsi rəisinin 35 yaşlı müavini kommersiya qurumlarının birinin rəhbərliyindən mədəni tədbirlər zamanı inzibati qanunvericiliyə əməl olunmasına dair yoxlamalar aparmamaq üçün rüşvət tələb etməkdə ittiham olunur.
Ona qarşı Rusiya Cinayət Məcəlləsinin “rüşvət almaq” və “rüşvət almağa vasitəçilik etmək” ittihamları əsasında cinayət işi başlayıb.



Xəbərlər  Tarix:   5 İyul 2021 / 14:44


« Əvvəlki xəbər (2300 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR