Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 6-da Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən "Report"a bildirilib ki, görüşdə səhiyyə sahəsində əməkdaşlıq və tibbi kadrların hazırlığı sahəsində əməkdaşlıq daxil olmaqla, Azərbaycan-Rusiya münasibətlərinin bütün istiqamətlər üzrə uğurlu inkişafı məmnunluqla qeyd edilib.
Həmçinin koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə hər iki ölkədə görülən tədbirlərə dair fikir mübadiləsi aparılıb.



Xəbərlər  Tarix:   6 İyul 2021 / 13:49


« Əvvəlki xəbər (2287 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR