Prezidentin xüsusi nümayəndəsi: "Ağdamda biznes forum keçiriləcək" - EKSKLÜZİV

Yaxın aylarda Ağdamda yerli və xarici investorların iştirakı ilə böyük biznes forumun keçirilməsi nəzərdə tutulub.
Bunu “Report”a eksklüziv açıqlamasında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O, həmçinin əlavə edib ki, sahibkarlar Ağdamda təkcə dövlət sifarişli layihələrdə deyil, həmçinin investisiya yönümlü layihələrdə də iştirak edə biləcəklər:
"İş adamları özəl sektorun iştirakı üçün nəzərdə tutulan obyektlərin tikintisinə sərmayə qoya bilərlər. Bütün bunları nəzərə alaraq yaxın aylarda həm yerli, həm də xarici sərmayədarların iştirakı ilə biznes forumun keçirilməsi haqqında düşünürük və burada özəl sektorun iştirakına şərait yaratmağa çalışacağıq”.



Xəbərlər  Tarix:   7 İyul 2021 / 14:05


« Əvvəlki xəbər (2286 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR