Ermənistan silahlıları Tovuz istiqamətində mövqelərimizi atəşə tutub

İyulun 7-də saat 13:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.



Xəbərlər  Tarix:   7 İyul 2021 / 14:48


« Əvvəlki xəbər (2281 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR