IEA: Neft hasilatı artıb

Beynəlxalq Enerji Agentliyi (IEA) 2021-ci ildə dünya boyu neftə tələbatın artımına dair 5,4 milyon barel həcmindəki proqnozunu qüvvədə saxlayıb, 2022-ci ildə isə 3 milyon barel daha artırıb.
“Report” xəbər verir ki, təşkilatın hesabatında həmçinin iyun ayında dünya boyu gündəlik neft hasilatının 1,1 milyon barel artaraq 95,6 milyon barel təşkil etdiyi bildirilir. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 7,3 milyon barel çoxdur.
Bununla yanaşı OPEC+ formatı çərçivəsindəki razılaşmalara əsasən hasilatın ixtisarına dair şərtlər yumşalmağa davam etdiyi, Kanada və Böyük Britaniyada təmir işlərindən sonra hasilatın bərpa edildiyi üçün hasilat həcminin iyul ayında da xeyli artacağı qeyd olunur.
Həmçinin OECD ölkələrində neft və neft məhsulları ehtiyatlarının may ayında 18,1 milyon barel artıb 2 milyard 945 milyon barelə çatsa da, son 5 ilin orta səviyyəsinə nisbətən 75,8 milyon barel az olduğu bildirilir.



Xəbərlər  Tarix:   13 İyul 2021 / 15:29


« Əvvəlki xəbər (2269 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR