Bərdə sakinlərindən “patı” və heroin götürülüb HADİSƏ

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olan məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri Anar Salmanov və əvvəllər məhkum edilmiş Nicat Əzimov saxlanılıb.
Onlardan metamfetamin və heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.



Xəbərlər  Tarix:   29 İyul 2021 / 11:49


« Əvvəlki xəbər (2226 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR