Sədr müavini: "Bir müəssisədə çalışan 2000-ə yaxın işçinin hamısı ünvanlı sosial yardım alırdı"

“Bəzi regionlarda 1000-2000-ə yaxın işçisi olan müəssisəsədə çalışan hər bir şəxsin ünvanlı dövlət sosial yardım aldığı müəyyən olunub. Belə yardım təyin edildikdən sonra işçilərlə əmək müqavilələrinə xitam verildiyi aşkar edilib. Bu kimi halların qarşısı tərəfimizdən mütəmadi şəkildə alınır”.
“Report” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib.
O bildirib ki, ötən il ölkədə 322 min şəxsə ünvanlı dövlət sosial yardımı təyin edilib: “Hazırda belə yardımın məbləği 256 manat təşkil edir”.
M.Əsgər əlavə edib ki, bu il üçün müavinət və təqaüdlərin verilməsi üçün 450 milyon manatdan çox vəsait ayrılıb.



Xəbərlər  Tarix:   30 İyul 2021 / 11:40


« Əvvəlki xəbər (2212 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR