Şabranda toy təşkilatçısı barədə protokol tərtib edilib

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Qorğan kəndində karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy şənliyinin keçirilməsi müəyyən edilib.
"Report" xəbər verir ki, məclisin təşkilatçısı, Şabran rayon sakini Rasim Ağayevin əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.
R.Ağayevin barəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edilib.



Xəbərlər  Tarix:   2 Avq 2021 / 11:57


« Əvvəlki xəbər (2205 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR