AFAD rəsmisi: "Belə çətin günlərdə dəstək hər zaman önəmlidir"

"Aralıq və Egey dənizləri bölgəsi və Mərmərə ərazisində yanğın hadisələri baş verib, bəzi yerlər söndürülüb, bəzi ərazilərin isə söndürülməsi davam edir".
"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Ordu üzrə təmsilçisi Osman İşık jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yanğınlar zamanı ağır itkilər qeydə alınıb: "Bu yanğınların söndürülməsi üçün can qardaşımız Azərbaycan bizə köməyə gəldi. Çox təşəkkür edirik. Bu gün Ordu şəhərində azərbaycanlı yanğınsöndürənləri qarşılayıb daha sonra yola salacağıq. Allah azərbaycanlı qardaşlarımızdan razı olsun. Azərbaycan və Türkiyə qardaşdır, candır. Belə çətin günlərdə bir-birimizə dəstək vermək hər zaman önəmlidir".



Xəbərlər  Tarix:   2 Avq 2021 / 13:49


« Əvvəlki xəbər (2201 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR