Nazirlik Bakıda ağacın kəsilməsi ilə bağlı araşdırma aparır

Bakı şəhəri, Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov "Report"a bildirib ki, aerokosmik görüntülər əsasında tikinti işləri aparılan ərazidə 2 ağacın götürülərək məhv edildiyi müəyyən olunub.
O qeyd edib ki, hazırda torpaq mülkiyyətçisinin və təqsirkarların müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.
Nazirlik rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.



Xəbərlər  Tarix:   5 Avq 2021 / 13:41


« Əvvəlki xəbər (2175 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR