"Makkabi"nin baş məşqçisi: "Hazırda "Neftçi" ilə oyun daha vacibdir"

"Nəticəni məni elə də narahat etmir. Məni ən çox düşündürən, oyunçuların əksəriyyətinin istəksiz oynamasıdır".
"Report"un məlumatına görə, bunu İsrailin "Makkabi" (Hayfa) komandasının baş məşqçisi Barak Baxar Farer adalarında "Torshavn"a 0:1 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.
Hayfa təmsilçisi məğlubiyyətə baxmayaraq, pley-offa yüksəlib və bu mərhələdə "Neftçi"yə rəqib olub. 42 yaşlı mütəxəssis artıq Azərbaycan təmsilçisi ilə matça kökləndiklərini bildirib: "Bu nəticəni unudub, məğlubiyyətdən dərs almalıyıq. Hazırda "Neftçi" ilə oyun bizim üçün daha vacibdir. Bu görüşə ciddi hazırlaşacağıq".
Qeyd edək ki, "Neftçi" və "Makkabi" arasında ilk oyun avqustun 19-da Bakıda, cavab matçı isə 1 həftə sonra Hayfada olacaq.



Xəbərlər  Tarix:   13 Avq 2021 / 10:37


« Əvvəlki xəbər (2166 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR