Futbolçular arasında kütləvi dava olub, 34 nəfər saxlanılıb

Rusiyanın paytaxtı Moskvada keçirilən mini-turnir zamanı futbolçular arasında kütləvi dava düşüb.
"Report"un məlumatına görə, insidentə oyunçulardan birinin rəqibə qarşı kobud oyunu səbəb olub.
Davanın böyüdüyünü görən naməlum şəxs dərhal hüquq-mühafizə orqanlarına zəng vurub. Hadisə yerinə gələn polislər 34 nəfəri saxlayaraq, bölməyə aparıblar.
Nəticədə turnir yarımçıq dayandırılıb. Yarışın ən yaxşısı polisə zəng vuran şəxs seçilib.



Xəbərlər  Tarix:   17 Avq 2021 / 12:40


« Əvvəlki xəbər (2149 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR