Hikmət Əlizadə: "Kustar üsulla kömür hazırlanması sağlamlığa ziyan vurur"

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qəbələ, Oğuz, Ağsu, İsmayıllı, Şəki, Qax, Zaqatala, Balakən və Göygöl rayonları ərazisində ümumilikdə 19 kömür quyusu və 6 kömür sobası aşkar olunub.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Hikmət Əlizadə "Report"a bildirib ki, kustar üsulla kömür hazırlayan qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb:
"Eyni zamanda, kənd sakinlərinə kömür hazırlanmasının nəinki torpağın münbit qatına, atmosfer havasına, eləcə də insan sağlamlığına zərərləri, xroniki xəstəliklərin yaranmasına səbəb olması barədə məlumat verilib. Təəssüf ki, Azərbaycanın bəzi bölgələrində hələ də kustar üsulla kömür hazırlanır”.
Xidmət rəsmisinin sözlərinə görə, münbit torpaqlarda quyuların qazılaraq kömürün hazırlanması ilk növbədə torpaqları qeyri-münbit hala salır, kömür hazırlanarkən ondan ayrılan hissəciklər atmosferə yayılır, nəticədə insanların tənəffüs yollarında iltihaba və vərəm xəstəliyinə səbəb olur.
H.Əlizadə kömür hazırlayan kəndlərin ağsaqqallarına, icra nümayəndələrinə müraciət edərək bildirib ki, bu işlə məşğul olanlara qarşı barışmaz mövqe nümayiş etdirsinlər və belə hallarla rastlaşdıqda Nazirliyin 168 Çağrı Mərkəzinə məlumat versinlər.



Xəbərlər  Tarix:   17 Avq 2021 / 12:45


« Əvvəlki xəbər (2147 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR