Azərbaycana xarici investisiyaların 93 %-i 11 ölkədən cəlb edilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 595,6 milyon manat vəsait yönəldilib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % azdır.
Bu ilin ilk 7 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 422,6 milyon manatı (93,3 %-i) Birləşmiş Krallıq, İsveçrə, ABŞ, Türkiyə, Yaponiya, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.



Xəbərlər  Tarix:   18 Avq 2021 / 14:29


« Əvvəlki xəbər (2139 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR